İngiltərə Premyer Liqasının 33-cü turunda “Brayton” və “Houv Albion” evdə “Çelsi” üzərində 3:0 hesablı qələbə qazanıb.


 


Sfera.az xəbər verir ki, görüşdə qolları 3-cü dəqiqədə Ferdi Kadıoğlu, 56-cı dəqiqədə Cek Hinshelvud və 90+1-ci dəqiqədə Denni Uelbek vurub. Bu nəticə ilə “Çelsi” Premyer Liqada ardıcıl beşinci məğlubiyyətini alıb.


 


London klubu bu oyunlarda qol vurmaqda da çətinlik çəkib. Turnir cədvəlində “Çelsi” 48 xalla 7-ci, “Brayton” isə 50 xalla 6-cı pilləyə yüksəlib. “Brayton” növbəti oyununu 2 mayda səfərdə “Nyukasl Yunayted”lə, “Çelsi” isə 4 mayda “Nottingem Forest”lə keçirəcək.


 


Niyaz Hacıyev


Sfera.az