“Avropa İttifaqına (Aİ) üzv 26 ölkə Gürcüstana qarşı sanksiyaları dəstəkləməyə hazırdır, amma üzv dövlətlərdən biri bunu bloklayır”.


 


Sfera.az xəbər verir ki, bunu Aİ-nin Xarici İşlər Xidmətinin rəhbəri Kaya Kallas deyib.


 


“Əgər ümumi əhval-ruhiyyə barədə soruşursunuzsa, müsbət cavab verə bilərəm. Məsələn, müxalifət və ya azad medianı məhdudlaşdıranlara qarşı sanksiyalar tətbiq etməyimizi tələb edəndə 26 ölkə bizi dəstəkləyir, ancaq biri buna qarşı çıxır”, - o bildirib./teleqraf