Avropa Komissiyası Rusiya neftinin daşınmasına dair nəzərdə tutulan əsas qadağanı 20-ci sanksiya paketindən çıxarıb.




Sfera.az “TASS”a istinadən xəbər verir ki, bu qərar Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı yeni sanksiyalar paketində diqqətçəkən dəyişikliklərdən biri kimi qiymətləndirilib.




Məlumata görə, ilkin müzakirələrdə Rusiya neftinin daşınmasına məhdudiyyətlərin sərtləşdirilməsi nəzərdə tutulsa da, son mərhələdə bu bənd paketdən çıxarılıb.


 


Qərarın Avropa ölkələri arasında iqtisadi və enerji təhlükəsizliyi ilə bağlı narahatlıqlarla əlaqəli olduğu bildirilib.




20-ci sanksiya paketinin digər məhdudiyyətləri və detalları ilə bağlı müzakirələrin isə davam etdiyi vurğulanıb.




Bəsti Rəfizadə

Sfera.az