İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ABŞ-nin dəniz blokadasının atəşkəsi pozduğunu bildirib.
Sfera.az bu barədə “CNN”ə istinadən xəbər verir.
"Onlar blokadanı qaldırmalıdırlar. Əgər qaldırılarsa, düşünürəm ki, danışıqların növbəti mərhələsi İslamabadda keçiriləcək. Əgər onlar danışıqlar masasına oturmaq istəyirlərsə, biz hazırıq. Amma əgər onlar müharibə yolunu seçsələr, İran da buna hazırdır",– İran diplomatı qeyd edib.
İrəvani əlavə edib ki, hazırkı atəşkəs Livan da daxil olmaqla bütün regiona şamil edilməlidir.
Firuzə Əliyeva
Sfera.az