Macarıstan və Slovakiyanın veto hüququnu ləğv etməsindən sonra Aİ-nin daimi nümayəndələri Kiyev üçün 90 milyard avroluq maliyyələşdirməni və Rusiya əleyhinə 20-ci sanksiya paketini təsdiqləyiblər.
Sfera.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Aİ-dəki Kipr sədrliyi bildirib. "Səfirlər Kiyev üçün 90 milyard avroluq krediti və Rusiya əleyhinə 20-ci sanksiya paketini təsdiqləyiblər",– deyə bildirilib.
Qeyd edək ki, daha əvvəl Ukraynadan keçən Drujba neft kəməri ilə Macarıstan və Slovakiyaya Rusiya neftinin tranzitinin başlanması ilə bağlı məlumatlar ortaya çıxmışdı ki, bu da hər iki ölkə üçün vetonun ləğvi şərti idi.
Firuzə Əliyeva
Sfera.az