Sasseks hersoginyası, Şahzadə Harrinin həyat yoldaşı Meqan Markl yeni təqdim etdiyi 64 dollarlıq ətirli şam kolleksiyası ilə yenidən müzakirələrin mərkəzinə düşüb.


 


Sfera.az xəbər verir ki, “As Ever” brendi çərçivəsində təqdim olunan bu məhdud sayda şamlar onun övladları Arçi və Lilibet üçün hazırlanıb. Məhsullar Analar Günü ərəfəsində satışa çıxarılıb və təsvirlərində uşaqların adları və doğum detalları yer alıb. Hər bir şamın qiyməti 64 dollardır. Arçi üçün nəzərdə tutulan şamda zəncəfil, neroli və kaşmir notları, Lilibet üçün olan versiyada isə kəhrəba, su zanbağı və səndəl ağacı ətirləri yer alır.


 


Lakin bu addım krallıq çevrələrində narazılıq yaradıb. Bildirilir ki, uşaqların kral titullarının kommersiya məqsədilə istifadə olunması birmənalı qarşılanmayıb. Bu məsələ Şəhzadə Harri və Meqan Marklın 2020-ci ildə kral ailəsindəki aktiv vəzifələrindən geri çəkilməsindən sonra əldə olunan razılaşmalarla da ziddiyyət təşkil etdiyi iddia olunur.


 


Digər tərəfdən, cütlüyün övladlarının adları ilə bağlı ticarət nişanları qeydiyyatdan keçirməsi də müzakirələrə səbəb olub. Tərəfdarları bunu adi brend qorunması kimi qiymətləndirsə də, tənqidçilər bunun şəxsi həyatla kommersiya sərhədlərini qarışdırdığını düşünür. Mənbələr isə bildirir ki, Meqan Markl reklam materiallarında uşaqlarının məxfiliyini qorumağa çalışır və bu layihəni “ailəvi həyat tərzi” konsepsiyasının bir hissəsi kimi təqdim edir.


 


Firuzə Əliyeva


Sfera.az