Son günlər xəstəxanaya yerləşdirilməsi ilə pərəstişkarlarını narahat edən məşhur sənətçi İbrahim Tatlıseslə bağl sevindirici xəbər yayılıb.
Sfera.az xəbər verir ki, xaricdəki konsert proqramından sonra İstanbulda evində qəfil səhhəti pisləşən sənətçi təcili olaraq xəstəxanaya aparılıb.
Məlumata görə, ötən şənbə günü öd kisəsi əməliyyatı olunan İbrahim Tatlıses iki həftədir davam edən müalicədən sonra artıq evə buraxılıb. Müalicə müddətində onu ziyarət edən yaxın dostları və sənət dünyasından tanınmış şəxslər sənətçini tək qoymayıb.
Xəstəxanadan çıxmazdan əvvəl həkimlərə təşəkkür edən Tatlıses səhhəti ilə bağlı açıqlama verib.
Ayrıca vəsiyyətnamə ilə bağlı sualı cavablandıran sənətçi belə deyib:
“Bunu dövlətə buraxdım. Bir qəpik də yoxdur. Bəzilərinə görə digərləri də əziyyət çəkəcək”.
İbrahim Tatlıses bildirib ki, var-dövlətini öz zəhməti ilə qazanıb:
“Atam qəssab idi, pul mənə ondan gəlməyib. Pulu özüm qazandım. Onlara (övladlarını nəzərdə tutur - red.) çox qapı açdım, amma bundan necə istifadə edəcəklərini bilmədilər”.
Mənsumə
Sfera.az