OpenAI ChatGPT-də reklam sistemini yeniləyərək klik əsaslı (CPC) modelə keçib.
Sfera.az xəbər verir ki, bundan sonra reklamverənlər reklama hər klik üçün 3-5 dollar ödəyəcək. Əvvəllər isə sistem baxış sayına (CPM) əsaslanırdı. Fevralda testlər başlayanda min baxış üçün qiymət 60 dollar idi. Sonradan bu rəqəm bəzi hallarda 25 dollara qədər düşdü və minimum reklam büdcəsi də azaldıldı. Yeni model isə daha çox nəticə (klik, satış və s.) əldə etmək istəyən reklamverənlər üçün əlverişlidir.
Şirkət həmçinin istifadəçilərin reklama klik etdikdən sonra nə etdiyini (məsələn, alış və ya qeydiyyat) izləmək üçün yeni alət üzərində işləyir. Məlumata görə, OpenAI 2026-cı ildə reklamdan 2,5 milyard dollar gəlir əldə etməyi planlaşdırır. Şirkət bu sahədə Meta kimi böyük oyunçularla rəqabət aparmağı hədəfləyir.
Firuzə Əliyeva
Sfera.az