“Ferrari” yeni bir yarışda – reqatada özünü sınamaq niyyətindədir. Bu məqsədlə İtaliyada yüksək texnologiyalı yelkənli yaxta olan “Hypersail” yaradılıb.




Sfera.az bildirir ki, “Ferrari”nin ilk yaxtası Milan Dizayn Həftəsində debüt edib. Qeyri-adi layihə İtaliya avtomobil istehsalçısının veb saytında elan edilib.


 


Yeni “Ferrari Hypersail” məşhur dəniz memarı Guillaume Verdier ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Yaxtanın uzunluğu 30 metr, hündürlüyü isə 40 metrdir (yelkənlər daxil olmaqla). Bu, indiyə qədər istehsal olunmuş ən böyük “Ferrari” avtomobilidir.


 


“Ferrari Hypersail” karbon lifindən istifadə edilərək hazırlanıb və gövdə ballast kili və hidrofoillərə malikdir. Kokpitinin sadələşdirilmiş dizaynı təkcə aerodinamikanı yaxşılaşdırmaqla yanaşı, həm də məhdud sayda istehsal olunmuş “Ferrari Monza SP” superkarının və iki dəfə 24 saatlıq Le Man yarışında qalib gəlmiş “Ferrari 499P” idman prototipinin üslubunu əks etdirir.


 


Qeyd edək ki, “Ferrari” yelkənli yaxtası qırmızı deyil, qara və sarı rəngdədir və sarı rəng sxemi klassik 1964-cü il “Ferrari 275 GTB” kupesindən götürülmüşdür.


 


“Ferrari Hypersail”in digər bir xüsusiyyəti, 20 kVt istehsal edən geniş ərazili günəş panelləridir. Onlar gəmini bütün elektrik enerjisi ilə təmin edirlər.


 


Aynil


Sfera.az