Xəbər verdiyimiz kimi qids istehsalçısı “Nestle” ötən həftə 12 ton “KitKat” daşıyan bir yük maşınının çatdırılma zamanı oğurlandığını açıqlayıb. Dünyanı təəccübləndirən bu xəbər sosial mediada tezliklə yayılıb. Hadisə unudulan kimi başqa bir addım atılıb.
Sfera.az bildirir ki, Kanadada zirehli mühafizə altında “KitKat” daşıyan bir nəqliyyat vasitəsi görülüb.
Şirkətin "İtaliyadakı fabrikimizlə Polşadakı təyinat yeri arasında tranzit zamanı 12 ton “KitKat” məhsulunun oğurlandığını təsdiqləyə bilərik” açıqlaması və buna uyğun gülməli paylaşımlar viral olub.
“İstintaq aparmaq üçün yerli hakimiyyət orqanları və təchizat zənciri tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik" açıqlaması hadisənin dünya miqyasında yayılmasına və zarafat mövzusuna çevrilməsinə səbəb oldu.
Hadisə unudulmuş kimi göründüyü anda Kanadadan yeni görüntülər ortaya çıxdı. Görüntülərdə “KitKat” daşıyan bir yük maşınının zirehli maşınlarla əhatə olunduğu görünür. Dövlət başçısının və ya dünyaca məşhur bir ulduzun təhlükəsizlik protokolunu xatırladan görüntülər bütün dünyada ajiotaj yaradıb.
Aynil
Sfera.az