Gigi və Bella Hadid, Amerikanın böyük bir daşınmaz əmlak maliyyəçisi və hollandiyalı modelin qızlarıdır. Qısa müddətdə bacılar təvazökar yeniyetmələrdən möhtəşəm podium ulduzlarına çevriliblər. Başlıca təşəbbüskar ana Yolanda Hadid onların başgicəlləndirici uğurlarında mühüm rol oynayıb.


 


Sfera.az mövzu ilə bağlı maraqlı yazı təqdim edir. 


 


Yolanda van den Herik tək valideynli bir ailədə böyüyüb. Anası sutkanın çox hissəsini işləməli idi. Yolanda kiçik yaşlarından fermada atlara yem verir və tövlələri təmizləyirdi. Bu iş onun xoşuna gəlirdi. Boş vaxtlarında at sürməkdən həzz alırdı. Həftəsonları gələcək model yerli Çin restoranında qab yuyurdu.


 


Yolanda Amsterdamda bir moda şousuna qatıldıqdan sonra həyatında dramatik bir dönüş baş verdi. Dizayner təsadüfən küçədə uzun boylu sarışını görərək ondan modellərindən birini əvəz etməsini istəyib. Beləliklə, Yolandanın 15 il davam edən məşhur karyerası başlayıb. Ta ki, Fələstin-Amerika milyonçusu Məhəmməd Hədidlə tanış olana qədər.


 


Yolanda və Məhəmməd altı illik evlilikdən sonra ayrıldılar. Bu müddət ərzində keçmiş model üç uşaq dünyaya gətirdi: Bella, Gigi və Ənvər. O, bütün vaxtını uşaqlarını böyütməyə həsr etdi. Uşaqlar səhər saat 5-də oyanır, idmanla məşğul olur və evsizlər üçün sığınacaqlara baş çəkirdilər. Bu yolla Yolanda uşaqlarına təvazökarlıq və sahib olduqlarına görə minnətdarlıq aşılamağa çalışırdı. Eyni zamanda, Yolanda qızlarının onun izi ilə getməsini və moda dünyasını fəth etməsini arzulayırdı. Sərt intizam və zəhmət sayəsində bu qızlar, olduqca adi görünüşlərinə baxmayaraq, analarının arzusunu gerçəkləşdirə bildilər.


 


Lakin bu hekayədə hər şey o qədər də rahat getmədi. Əsl adı Yelena olan Gigi həyatını idmana həsr etməyi arzulayırdı. O, universitetdə voleybol oynayır və yarışlarda iştirak edirdi. Yeniyetməlik dövründə anası qızının qarşısında seçim qoymuşdu: ya idmanla məşğul olmaq, ya da modellik karyerası qurmaq. Gigi ikincisini seçdi. Bəziləri modelin məşhurlaşmadan əvvəl bir neçə plastik əməliyyat keçirdiyinə inanırlar. Lakin Gigi bu cür fərziyyələri rədd edir. İllər ərzində dünyanın ən yaxşı vizajistləri ilə işləyərək konturlamanın incəliklərini mənimsəyib. Onun transformasiyasının sirri də məhz budur.


 


Giginin kiçik bacısı da oxşar vəziyyətlə üzləşib. Çoxları Bellanın uğurlu modellik karyerasını yalnız cərrahların və kosmetoloqların köməyi sayəsində qura bildiyinə inanır. Şişkin üzü olan adi bir yeniyetmə - həqiqətən də, ilk fotolarda Bella tamamilə fərqli görünür. Modelin özünün dediyinə görə, onun görünüşündəki dəyişiklik sadəcə yetkinləşmənin nəticəsidir. 


 


“Hansınız 13 və 25 yaşında eyni görünürsünüz”-deyə Bella tənqidçilərindən soruşur.


 


Sosial mediada pərəstişkarları ilə mehribanlıqla paylaşdıqları Hadid ailə albomundakı fotolara baxanda sarışın Giginin holland əcdadlarına çox bənzədiyi dərhal aydın olur. Kiçik bacısı Bellanın görünüşü Şərq köklərini açıq şəkildə ortaya qoyur.


 


İllər əvvəl Yolanda keçmiş əri ilə mərc etmiş, qızlarının yetkinlik yaşına çatmamışdan əvvəl məşhur və maliyyə cəhətdən müstəqil olacağına söz vermişdi.


 


 "Mən bacarmışamsa, onlar da bacararlar"-deyə o bildirib. Gördüyümüz kimi, təşəbbüskar ana haqlı idi. Bu gün Gigi və Bella dünyanın ən yüksək maaş alan modelləri arasındadır, məşhur brendlərlə milyonlarla dollarlıq müqavilələri və böyük bir pərəstişkar kütləsinə malikdirlər.


 


Aynil