Türkiyənin ev tekstili və dekorasiyasında ən tanınmış brendlərindən biri olan “Madame Coco”nun sahibi İlhan Tanacı boşanıb. İlhan Tanacının vəkilləri Lale Tanacının cadu işlətdiyini iddia ediblər. Zorakılığa məruz qaldığını bildirən Lale Tanacı isə İbrahim Paşa Köşkünü tələb edib. 


 


Sfera.az bildirir ki, məhkəmə 22 ildir evli olan İlhan Tanacı və Lale Tanacının boşanma işində şok qərar verib. Məhkəmə Lale Tanacını günahkar bilərək ona təzminat ödəməyi əmr edib.


 


Türkiyədə və dünyada yüzlərlə mağazası olan ev tekstili sahəsində lider olan “MadameCoco”nun fırtınalı boşanma prosesi sona çatıb. “Madame Coco”nun təsisçisi İlhan Tanacı və Lale Tanacı 2004-cü ildə evləniblər. Lale Tanacı iqtisadi və psixoloji zorakılığa məruz qaldığını bildirərək boşanma üçün müraciət edib.


 


İlhan Tanacının vəkilləri Lale Tanacının xərcləri ilə bağlı sənədləri məhkəməyə təqdim ediblər. Ərizədə İlhan Tanacının Türkiyədə ən böyük dövriyyəyə malik şirkətin sahibi olmasına baxmayaraq, həyat yoldaşının yüksək xərcləri vurğulanıb.


Lale Tanacı “Madame Coco” brendini əri ilə birlikdə qurduğunu bildirib. Vəkil Aydın Aydar müvəkkilinin təhqir və zorakılığa məruz qaldığını bildirərək İlhan Tanacının ona qadağan olunmuş maddələr və dərmanlar verməyi planlaşdırdığını öyrəndiyini vurğulayıb. Məhkəmə ərizəsində Aydar:


 


"Tərəflərin evliliyinin təməli sarsıldığı üçün boşanmaya icazə verilməsini və cavabdeh həyat yoldaşının 100 milyon lirə mənəvi təzminat, 50 milyon lirə maddi təzminat və aylıq 600 min lirə aliment ödəməsini tələb edirik. Həmçinin tərəflərin ortaq yaşayış yeri olan İbrahim Paşa Köşkünün də müvəkkilimizə ayrılmasını xahiş edirik”-deyə bildirib.


 


“Cau etdirib" - Məhkəmə 300.000 TL (təqribi 11 min Azn) təzminat ödəməyi əmr etdi.


 


İlhan Tanacının vəkili məhkəməyə təqdim etdiyi ərizədə Lale Tanacının sevgi tilsimi etdiyini iddia edib.


 


Məhkəmə üç ildir davam edən işə son qoyub. Lale Tanacının boşanmada günahkar olduğu müəyyən edilib. Lale Tanacının İlhan Tanacıya 300.000 TL təzminat ödəməsi qərara alınıb.


 


Aynil