ABŞ Hərbi Dəniz Qüvvələrinin naziri Con Felan vəzifəsindən ayrılıb.


 


Sfera.az xəbər verir ki, bunu Pentaqon sözçüsü Şon Parnell açıqlayıb.


 


Parnellin sözlərinə görə, onun vəzifəsini müavini Hunq Kao icra edəcək.


 


Qeyd edək ki, qəfil istefa Felanın Vaşinqtonda keçirilən Hərbi Dəniz Qüvvələrinin illik konfransında dənizçilərin və sənaye mütəxəssislərinin böyük bir kütləsi qarşısında çıxış etməsindən və jurnalistlərlə gündəliyi barədə danışmasından bir gün sonra baş verib.