Yeni elmi araşdırmalar göstərir ki, müəyyən miqdarda qəhvə içmək stressi azalda və insanın əhval-ruhiyyəsini yaxşılaşdıra bilər.
Sfera.az xəbər verir ki, “Affektiv Bozukluklar Jurnalı”nda yayımlanan tədqiqata görə, gündə təxminən 2–3 fincan qəhvə içən insanlarda depressiya və narahatlıq kimi stresslə bağlı problemlərin yaranma riski daha aşağıdır.
Bu miqdardan az qəhvə içməyin sağlamlığa nəzərəçarpacaq bir faydası müəyyən edilməyib. Gündə 3 fincandan çox qəhvə içmək isə əksinə, narahatlıq hissinin artması və yuxu keyfiyyətinin pisləşməsi kimi mənfi hallara yol aça bilər.
Mütəxəssislərin fikrincə, qəhvənin bu müsbət təsiri yalnız kofeinlə bağlı deyil. Bu fayda həm də qəhvənin tərkibindəki antioksidantlar və digər bioaktiv maddələrdən qaynaqlanır. Maraqlı məqam odur ki, həm adi, həm də kofeinsiz qəhvə ilə bağlı aparılan araşdırmalarda oxşar nəticələr əldə edilib.
Bununla bərabər, alimlər qeyd edirlər ki, bu araşdırma müşahidə xarakteri daşıyır və səbəb-nəticə əlaqəsini tam şəkildə sübut etmir. Həmçinin, qəhvənin hazırlanma üsulu, içilmə vaxtı və insanların kofeinə qarşı fərdi həssaslığı kimi amillər də nəticələrə təsir göstərə bilər.
Ümumilikdə mütəxəssislər hesab edirlər ki, qəhvənin müəyyən miqdarda qəbulu sağlam həyat tərzinə müsbət təsir göstərir. Lakin həddindən artıq istehlak bu faydaları itirə və əlavə mənfi fəsadlar yarada bilər.
Mənsumə
Sfera.az