Türkiyədə televiziya reytinqlərinə əsaslanan son araşdırmalarla ölkədə ən çox izlənilən serialların siyahısı müəyyənləşdirilib.
Sfera.az xəbər verir ki, araşdırmanın nəticələrinə görə, “Uzak Şehir” hazırda ən çox izlənilən serial olaraq siyahıya liderlik edir.
Layihə demək olar ki, bütün həftələr üzrə reytinq cədvəllərində birinci yeri qoruyur.
İlk sıralarda yer alan digər məşhur seriallar isə bunlardır: “Kızılcık Şerbeti”, “Teşkilat”, “Gönül Dağı” və “Kuruluş Osman”. Bununla yanaşı, "Bahar", "İnci Taneleri" və "Sahipsizler" kimi layihələr də TOP-10 siyahısında yer almağa davam edir.
Bu nəticələr Türkiyə tamaşaçısının daha çox dram və ailə mövzulu seriallara üstünlük verdiyini göstərir. Eyni zamanda tarixi janrda olan layihələrin, xüsusilə "Kuruluş Osman" illərdir populyarlığını qoruması diqqət çəkir.
Qeyd olunur ki, reytinq siyahılarında əsas üstünlük daha çox milli telekanalların, xüsusilə “TRT1” və “Kanal D”platformalarında yayımlanan seriallara məxsusdur.
Fidan Hacızadə
Sfera.az