Yatmazdan əvvəl su içmək həm faydalı, həm də bəzi hallarda narahatlıq yarada bilər.
Mütəxəssislərin fikrincə, əsas məsələ miqdarı düzgün tənzimləməkdir.
Sfera.az xəbər verir ki, yatmazdan əvvəl az miqdarda su içmək bədənin hidratasiyasını artırır, həzmi yaxşılaşdırır və aclıq hissini azaldır. Bu, həm də axşam çox yeməyin qarşısını alaraq yuxu keyfiyyətinə müsbət təsir göstərir. Bundan əlavə, su bədən temperaturunu tənzimləyir, baş ağrısı və əzələ spazmlarının qarşısını almağa kömək edir.
Araşdırmalara görə, kifayət qədər su qəbulu psixoloji vəziyyətə də müsbət təsir edir, depressiya və narahatlıq əlamətlərini azalda bilər. Lakin yatmazdan əvvəl çox su içmək bəzi problemlərə səbəb olur.
Əsas mənfi tərəf gecə tez-tez sidiyə qalxmaqdır. Bu hal yuxunun tez-tez pozulmasına və ümumi keyfiyyətinin azalmasına səbəb olur. Mütəxəssislər gecə rahat yuxu üçün yatmazdan 2-4 saat əvvəl maye qəbulunu azaltmağı, yatmazdan dərhal əvvəl isə yalnız az miqdarda su içməyi tövsiyə edirlər.
Mənsumə
Sfera.az