İtaliya Kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Latsio” səfərdə “Atalanta”nı penaltilər seriyasında məğlub edərək finala vəsiqə qazanıb.
Sfera.az xəbər verir ki, görüş Berqamoda baş tutub. Komandalar arasında ilk matç 2:2 hesabı ilə yekunlaşmışdı. Cavab qarşılaşmasının əsas və əlavə vaxtı isə 1:1 hesabı ilə başa çatıb. Qalib penaltilər seriyasında müəyyənləşib. Bu mərhələdə “Latsio” 2:1 hesabı ilə üstün olub.
Roma təmsilçisinin 21 yaşlı qapıçısı Edoardo Motta penaltilər seriyasında yerinə yetirilən beş zərbədən dördünü dəf edərək komandasının qələbəsində əsas pay sahibi olub. İtaliya Kubokunun final oyunu mayın 13-də keçiriləcək. Qeyd edək ki, “İnter” bu turnirin tarixində 15 dəfə, “Latsio” isə yeddi dəfə qalib olub. Yarışın ən uğurlu komandası isə 22 titulla “Yuventus”dur. Ötən mövsüm kubokun qalibi “Bolonya” olub.
Niyaz Hacıyev
Sfera.az