“Barselona”nın futbolçusu Lamin Yamal İspaniya La Liqasının “Selta Viqo”ya qarşı keçirilən oyununda zədələnib.


 


Sfera.az xəbər verir ki, görüş Barselonada baş tutub. Matçın 40-cı dəqiqəsində Yamal penaltidən dəqiq zərbə ilə fərqlənib. Lakin qol epizodundan dərhal sonra ayağından zədə alan futbolçu yerə yıxılıb. Bir müddət sonra o, soyunma otağına yollanıb və əvəzlənib. 18 yaşlı futbolçu “Barselona”nın akademiyasının yetirməsidir. O, 2024/25 mövsümündə komanda ilə İspaniya çempionu olub, həmçinin İspaniya Kubokunu və İspaniya Super Kubokunu qazanıb.


 


Yamal daha əvvəl, 2023-cü ildə də La Liqa tituluna sahib çıxıb, 2026-cı ildə isə İspaniya Super Kubokunu qazanıb. Qeyd edək ki, gənc futbolçu İspaniya millisi ilə birlikdə Avropa çempionatının qalibi olmağı da bacarıb.


 


Niyaz Hacıyev


Sfera.az