Almaniya Kubokunun yarımfinal mərhələsində “Bavariya” səfərdə Leverkuzenin eyniadlı komandasını 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib.


 


Sfera.az xəbər verir ki, görüş Leverkuzen şəhərində, meydan sahiblərinin ev stadionunda baş tutub. Oyunda hesabı 22-ci dəqiqədə Harri Keyn açıb. Münhen təmsilçisinin ikinci qolunu isə əlavə vaxtın 90+3-cü dəqiqəsində Luis Dias vurub. Beləliklə, “Bavariya” turnirin final mərhələsinə vəsiqə qazanıb. Komanda həlledici oyunda aprelin 23-də keçiriləcək “Ştutqart” - “Frayburq” qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.


 


Almaniya Kubokunun final matçı mayın 23-də Berlində keçiriləcək. Qeyd edək ki, “Bavariya” bu turnirin tarixində ən uğurlu komandadır. Münhen klubu Almaniya Kubokunu 20 dəfə qazanaraq rekord göstəriciyə sahibdir. Komanda sonuncu dəfə bu titulu 2020-ci ildən sonra əldə edə bilməyib.


 


Niyaz Hacıyev


Sfera.az