Xəbər verdiyimiz kimi, Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova ötən gün işdən çıxarılıb.


 


Sfera.az unikal.az-a istinadən xəbər verir ki, Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinin icrası tibb müəssisəsinin direktorunun cərrahi xidmətlər üzrə müavini Kamil Hacıyevə həvalə edilib.


 


Xatırladaq ki, K.Hacıyev 2025-ci ilin iyul ayında Sabunçu Tibb Mərkəzinin direktor müavini vəzifəsinə təyinat alıb.


 


Qeyd edək ki, Sabunçu Tibb Mərkəzinin işdən çıxarılan sabiq direktoru Nurəngiz Bəşirova dəfələrlə qalmaqallı hadisələrlə bağlı gündəmə gəlib.