Məşhur amerikalı pop ulduz Madonna "Coachella" festivalında geyindiyi tarixi kostyumunun itdiyini və onu tapan şəxsə mükafat veriləcəyini elan edib.




Sfera.az xəbər verir ki, sənətçi keçən həftə ABŞ-də baş tutan "Coachella" festivalında Sabrina Carpenterin çıxışı zamanı səhnəyə gələrək mahnı ifa edib və bu ifa böyük marağa səbəb olub.




Madonna bildirib ki, o, səhnədə 2006-cı ildəki ilk "Coachella" çıxışında geyindiyi məşhur korseti, çəkmələri və "Gucci" pencəyini istifadə edib. Lakin hazırda həmin tarixi kostyum itib.




Ulduz müğənni geyimlərin təhlükəsiz şəkildə ona qaytarılmasını istəyir və buna görə mükafat vəd edir. 




“Bunlar sadəcə geyim deyil, tarixin bir parçasıdır. Eyni zamanda həmin dövrə aid arxiv materialları da itib. Ümid edirəm ki, xeyirxah bir insan onları tapıb komandama təhvil verər”, – deyə Madonna qeyd edib.




Mənsumə

Sfera.az