Sosial şəbəkələrdə son günlər maraqlı bir fikir geniş müzakirə olunur. İddiaya görə, sağ və ya sol tərəfdə yatmaq cütlüklər arasındakı münasibətlərə təsir göstərə bilər.
Sfera.az xəbər verir ki, paylaşımlarda yatağın sağ tərəfi “kişi enerjisi”, sol tərəfi isə “qadın enerjisi” ilə əlaqələndirilir.
Bu inanca əsasən, kişinin daha çox sağ tərəfdə, qadının isə sol tərəfdə yatmasının uyğun olduğu bildirilir.
İddialara görə, sağ tərəf daha çox istiqamətverici, qoruyucu və xaricə yönəlmiş gücü simvolizə edir, sol tərəf isə həssaslıq, qəbuletmə və intuisiya ilə bağlı xüsusiyyətləri ifadə edir.
Mütəxəssislərin fikrincə, bu iddiaların elmi əsası yoxdur və daha çox simvolik yanaşma və inanclara əsaslanır.
Əslində isə insanların yataqda hansı tərəfi seçməsi çox vaxt şəxsi vərdişlərdən, otağın yerləşimindən, işıqlandırmadan və qapıya yaxınlıq kimi gündəlik rahatlıq amillərindən asılı olur.
Mənsumə
Sfera.az