Ukrayna Prezidenti Volodimir Zelenski Donbasın Kiyev tərəfindən idarə olunan hissəsinə ABŞ Prezidenti Donald Trampın adının verilməsi ilə bağlı iddiaları rədd edib.


 


Sfera.az xəbər verir ki,  bu barədə “The Guardian” qəzeti məlumat yayıb. 




Məlumata görə, danışıqlar zamanı Ukrayna nümayəndə heyətinin belə bir təşəbbüslə çıxış edib-etmədiyi soruşulduqda, Zelenski bu ifadənin ümumiyyətlə istifadə olunmadığını bildirib.


 


Qeyd edək ki, daha əvvəl “The New York Time nəşri ABŞ ilə aparılan danışıqlarda Ukrayna tərəfinin guya diqqət çəkmək və sülh planında Trampın dəstəyini qazanmaq məqsədilə Donbasın nəzarətdə olan hissəsini “Donnieland” adlandırmağı təklif etdiyini yazmışdı.


 


Rəsmi Kiyev isə bu iddiaları təkzib edərək belə bir təşəbbüsün gündəmdə olmadığını vurğulayır.


 


Fidan Hacızadə

Sfera.az