Dünyaca məşhur televiziya ulduzu Kim Kardaşyan və əfsanəvi Formula 1 pilotu Levis Hamilton "Malibu Beach" sahilində birlikdə görüntülənib.
Sfera.az xəbər verir ki, yalnız günəşlənməklə kifayətlənməyən cütlük sörf taxtaları üzərində nümayiş etdirdikləri performansla diqqət çəkib. Onların dənizdə peşəkarları xatırladan hərəkətləri izləyənlərin marağına səbəb olub. Cütlük təkcə istirahətlə kifayətlənməyərək, Malibu sahillərinin dalğalarında sörf edib. Adrenalinə olan marağı ilə tanınan Hamilton sörf bacarığını nümayiş etdirib, Kim Kardaşyan isə onun sürətinə rahatlıqla uyğunlaşa bilib.
Bir müddətdir birlikdə olduqları iddia edilən ikilinin səmimi və romantik anları da kameralardan yayınmayıb.
Mənsumə
Sfera.az