Məşhur türk müğənnisi Alişan 2021-ci ildə koronavirus səbəbilə vəfat edən qardaşı Səlçuk Tektaş haqqında danışarkən duyğulu anlar yaşayıb.


 


Sfera.az xəbər verir ki, sənətçi həmin günləri hələ də ilk gün kimi xatırladığını bildirib. Alişan qardaşının xəstəxanadakı son anlarını təsvir edərkən göz yaşlarını saxlaya bilməyib. Onun sözlərinə görə, reanimasiya zamanı dəhlizdə böyük gərginlik hökm sürüb, həkimlərin tələsik müdaxiləsi və səslər vəziyyətin ciddiliyini açıq şəkildə göstərib.


 


“Bir ay aparata qoşulu qaldığı üçün onunla danışa bilmədik.  Həkimlərdən soruşdum ki, öldüyünü hiss edib ya yox.. Dedilər ki, heç nə anlamadan dünyasını dəyişib. Heç nə deyə bilmədik. Heç kim belə bir şey gözləmirdi”, – deyə sənətçi bildirib.


 


Qeyd edək ki, Səlçuk Tektaş müalicə aldığı xəstəxanada vəfat etdikdən sonra Teşvikiye Məscidində qılınan cənazə namazından sonra son mənzilə yola salınıb. Alişan qardaşını göz yaşları içində dəfn edib və uzun müddət bu ağır itkinin təsirindən çıxa bilmədiyini dəfələrlə dilə gətirib. Sənətçi illər keçməsinə baxmayaraq, qardaş acısının hələ də ilk günkü kimi təzə olduğunu vurğulayıb.


 


Mənsumə


Sfera.az