Rusiya hökuməti populyar mesajlaşma platforması "Telegram"ın yaradıcısı Pavel Durovla bağlı radikal addım atıb. Moskva platforma üzərindəki nəzarəti tam ələ keçirmək üçün təzyiqləri ən pik həddə çatdırıb.




Sfera.az xəbər verir ki, Rusiya rəsmiləri Pavel Durovu rəsmən terrorçuluqda şübhəli bilinən şəxslərin siyahısına daxil edib.




Dövlətin tətbiq üzərindəki nəzarət cəhdlərinin bir göstəricisi olan rəsmi bildiriş maraqlı bir ünvana göndərilib. Belə ki, qərarla bağlı təbliqat Durovun artıq 20 ildir yaşamadığı köhnə ünvanına ünvanlanıb. Bu addım rəsmi qurumların "Telegram" rəhbərliyinə qarşı psixoloji təzyiq metodu kimi qiymətləndirilir.




Pavel Durov özünə qarşı irəli sürülən ağır ittihamlara dərhal reaksiya verib. O bildirib ki, bu cinayət işinin və ittihamların arxasında duran yeganə səbəb onun ifadə azadlığını və yazışmaların gizliliyini müdafiə etməsidir.




"Telegram" rəhbərliyi də rəsmi bəyanat yayaraq, platforma vasitəsilə hər hansı qanunsuz fəaliyyətin həyata keçirilməsi barədə iddiaları qəti şəkildə təkzib edib.

Məlumatlara görə, Rusiya hökuməti "Telegram"ın geniş təsir dairəsini qırmaq üçün alternativ plan hazırlayıb. Belə ki, vətəndaşlar dövlət tərəfindən dəstəklənən və daha asan nəzarət oluna bilən "MAX" adlı mesajlaşma tətbiqinə keçməyə məcbur edilib.




Xüsusilə Rusiya və Ukrayna istifadəçilərinin "Telegram"dan asılılığının yüksək olması, rəqəmsal məxfiliklə dövlət nəzarəti arasındakı gərginliyi daha da qızışdırır.




Bəsti Rəfizadə

Sfera.az