Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Avropa Şurasının Ukraynaya yeni kredit ayırmaq qərarını sərt tənqid edib.
Sfera.az xəbər verir ki, Şoyqu bildirib ki, Avropa Şurasının aprelin 22-də Ukraynadakı münaqişənin davamı üçün Kiyev hakimiyyətinə əlavə 90 milyard avro kredit ayrılmasını təsdiqləməsi Avropa paytaxtlarının suverenliyini itirməsi istiqamətində növbəti addımdır.
Onun sözlərinə görə, bu qərar Avropanın iqtisadi durğunluğa sürüklənməsini daha da sürətləndirə bilər.
Şoyqu qeyd edib ki, Avrostat-ın son məlumatlarına əsasən, İtaliyanın dövlət borcu 3 trilyon avronu, Fransanın dövlət borcu isə 3,5 trilyon avronu keçib. Bu göstəricilər Avropa ölkələrinin ciddi maliyyə təzyiqi altında olduğunu göstərir.
Sergey Şoyqu iddia edib ki, Kiyevə dəstək məqsədilə ayrılan yeni maliyyə vəsaiti artıq pensiya və sosial proqramlarda ixtisarlarla üzləşən Avropa vətəndaşları üçün əlavə yük yaradacaq.
“Aİ-nin ümumi borcu hazırda 15 trilyon avronu keçib”,– Şoyqu bildirib.
O əlavə edib ki, Avropa liderlərinin yürütdüyü bu siyasətin nəticələrini sonda adi vətəndaşlar ödəməli olacaq. Avropa İttifaqı rəsmiləri əhalinin rifahına kifayət qədər diqqət yetirmirlər.
Firuzə Əliyeva
Sfera.az