Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov vətəndaşlarla növbəti qəbul keçirib.
Sfera.az bildirir ki, 2026-cı ilin aprel ayı çərçivəsində təşkil olunan qəbul zamanı deputat Yasamal rayonu 17 saylı üçüncü seçki dairəsinin sakinləri ilə fərdi qaydada görüşüb. Görüşdə vətəndaşların sosial təminat, məşğulluq və gündəlik həyatlarında qarşılaşdıqları digər problemlərlə bağlı müraciətləri dinlənilib.
Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə operativ şəkildə həllini tapıb. Araşdırma və əlavə prosedurlar tələb edən müraciətlər isə qeydə alınaraq müvafiq qurumlara yönləndirilməsi üçün nəzarətə götürülüb.