Yaxın Şərqdəki münaqişənin yaratdığı sursat çatışmazlığından sonra ABŞ hərbi potensialını harada daha fəal şəkildə qoruyub saxlayacağı ilə bağlı çətin bir seçim etməli olacaq .


 


Sfera.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti (NYT) məlumat yayıb.


 


"Amerika Birləşmiş Ştatlarının kifayət qədər ehtiyatı olan bir çox sursatı var, lakin bəzi vacib yerüstü hücum və raketdən müdafiə sursatları müharibədən əvvəl az idi və indi daha da azdır",– deyə təqaüddə olan Dəniz Piyadaları Korpusunun polkovniki və Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş məsləhətçisi Mark F. Kansian qəzetə bildirib.


 


“NYT”nin məlumatına görə, hava hücumundan müdafiə sistemləri üçün sursat çatışmazlığı ABŞ-nin Asiyadakı qüvvələrinin döyüş hazırlığına təsir edəcək.


 


Çərşənbə günü "The Wall Street Journal" qəzeti ABŞ-nin İranla müharibədə 1000-dən çox uzaqmənzilli "Tomahawk" raketindən, eləcə də THAAD və "Patriot" da daxil olmaqla hava hücumundan müdafiə sistemləri üçün 1500 ilə 2000 arasında çox vacib tutucu raketdən istifadə etdiyini bildirib. Qəzetin məlumatına görə, tükənmiş ehtiyatların tam şəkildə bərpası altı ilə qədər vaxt apara bilər.


 


Firuzə Əliyeva


Sfera.az