İspaniyanın “Real Madrid” klubu komandanın braziliyalı futbolçusu Vinisius Cuniorla yeni uzunmüddətli müqavilə imzalayıb.


 


Sfera.az xəbər verir ki, bu barədə “Sky”ın jurnalisti Florian Plettenberq sosial media hesabında məlumat verib. Məlumata görə, tərəflər arasında hələ də bəzi son detallarda razılaşma tamamlanmalıdır.


 


Futbolçunun hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Qeyd edək ki, 25 yaşlı Vinisius 2018-ci ildən “Real Madrid”də çıxış edir. O, bu müddət ərzində 3 dəfə İspaniya çempionu, 2 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub. Braziliyalı hücumçu Madrid klubunun heyətində ümumilikdə 370 oyuna çıxaraq 124 qol vurub və 100 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin Braziliya milli komandasının heyətində 47 oyunda 8 qol vurub.


 


Niyaz Hacıyev


Sfera.az