2009-cu il iyunun 25-də dünya musiqisinin əfsanəsi Maykl Ceksonun qəfil vəfatı hələ də müəmmalı bir itki kimi yaddaşlardadır. 




Sfera.az-ın məlumatına görə, məşhur ifaçının ölümünə səbəb tibbi səhlənkarlıq və yanlış dərman istifadəsi olub.




Pop ulduzu Los-Ancelesdəki evində huşsuz vəziyyətdə tapılıb, təcili tibbi müdaxilələrə baxmayaraq, xəstəxanada həyatını itirib. Məhkəmə-tibbi ekspertizası sənətçinin ölümünə güclü anestezik preparat olan propofolun həddindən artıq dozada qəbulunun səbəb olduğunu müəyyən edib. Bildirilib ki, bu preparat digər sakitləşdiricilərlə birgə istifadə edildiyi üçün ölümcül təsir göstərib.




Rəsmi sənədlərdə bu hadisə qəsdən adam öldürmə kimi tövsif olunub. Araşdırmalar nəticəsində məlum olub ki, Ceksonun şəxsi həkimi Konrad Marrey yuxusuzluqdan əziyyət çəkən ifaçıya tibbi qaydaları pozaraq propofol vurub. Məhkəmənin hökmü ilə həkim ehtiyatsızlıqdan adam öldürməkdə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib.




Hadisə baş verən ərəfədə Maykl Cekson Londonda keçiriləcək və biletləri artıq tükənmiş "This Is It" adlı böyük qayıdış konsertlərinə hazırlaşırdı. Onun ölümü rəsmi olaraq tibbi xəta kimi qiymətləndirilsə də, bu hadisə məşhurların sağlamlıq təhlükəsizliyi ilə bağlı dünyada geniş müzakirələrə yol açdı.


 


Fidan Hacızadə

Sfera.az