Müğənni Xuraman Şuşalı maraqlı açıqlaması ilə gündəm olub.


 


Sfera.az xəbər verir ki, "Çərçivədən kənar" verilişində qonaq olan sənətçi üzləşdiyi çətinliklərdən danışıb.


 


Sənətçi bildirib ki, hicablı olduğu üçün bir çox kanallar onu efirlərə dəvət etmir:


 


"Hicablı olduğum üçün bir çox kanallar məni efirlərə dəvət etmirlər. Restoranlar deyir ki, başın açıq olsaydı bütün toylar sənin olardı. Bunu deyənlər də nüfuzlu məkanlardır. Anlamıram ki, hicabın məclisə nə aidiyyatı var? Gözəl geyinirəm, səhnə mədəniyyətim var, səsim var, səliqəli mahnılarım var. Amma illərdir artıq bir çox qazancdan buna görə məhrumam. Hətta dövlət kanalları belə məni dəvət etmirlər". 


 


Xuraman qeyd edib ki, bununla bağlı dövlət televiziyasına məktub da ünvanlayıb:


 


Bir dəfə məktubla müraciət də etmişəm, cavab almamışam. Bizim ölkəmizdə din azadlığı var. Yüksək qurumlara da bununla bağlı müraciət edə bilərəm. Amma nədənsə o televiziyalara yollarım bağlıdır".\azxeber.com