Üç dəfə ana olan və çəkisi zaman-zaman dəyişən məşhur aktrisa Bergüzar Korel son dövrlərdə 20 kilo arıqlayaraq tamamilə fərqli bir görünüş əldə edib.


 


Onun bu yeni imici sosial mediada geniş müzakirələrə səbəb olub və izləyicilərdən çoxsaylı təriflər alıb.


 


Sfera.az-ın məlumatına görə, 2009-cu ildə həmkarı Halit Ergençlə evlənən Bergüzar Korelin həyatında böyük dönüşlər baş verib. Cütlüyün 2010-cu ildə Əli, 2020-ci ildə Han və 2021-ci ildə Leyla adlı üç övladı dünyaya gəlib. Hamiləliklərindən sonra çəki alıb-verən Korel sağlam həyat tərzi qurmağa qərar verib və idmanla yanaşı düzgün qidalanmanı da gündəlik həyatına daxil edib.


 


Korel, yaxınlarda dostu Esra Ruşanın verilişində qonaq olaraq, arıqlama prosesini belə izah edib:


 


“Bəziləri məndən soruşur ki, "İnyeksiya ilə arıqladınız?" Xeyr, mədəmi kiçiltmədim. Sadəcə çoxlu idmanla məşğul oldum və uzun müddət yemək yemədim. Hətta saat 15:00-da yemək yeməyi dayandırırdım”.


 


Göründüyü kimi, Bergüzar Korelin yeni imici və sağlam həyat tərzi barədə sosial mediada şərhlər ard-arda gəlməkdədir. Onun dönüşümü izləyicilər tərəfindən ilhamverici bir nümunə olaraq qiymətləndirilir və müsbət reaksiyalar getdikcə artmaqdadır.


 


Mənsumə


Sfera.az