Türkiyəli aktrisa Merve Boluğur son açıqlamaları ilə yenidən diqqət mərkəzinə düşüb.


 


Sfera.az türk mediasına istinadən xəbər verir ki, aktrisa sevgi haqqında düşüncələrini bölüşərək bu hissin həm gözəl, həm də mürəkkəb tərəflərinin olduğunu bildirib.




Boluğur qeyd edib ki, əsl sevgi yalnız Allaha duyulan sevgidir. O, müvəqqəti münasibətlərin insan həyatında tez-tez ayrılıq və barışıq dövrləri yaratdığını vurğulayıb.

Aktrisa eyni zamanda həyatda heç nəyə həddindən artıq bağlanmamağın vacib olduğunu deyib. Onun sözlərinə görə, insan daha çox mənəvi tarazlığa önəm verməlidir.




“Həyatda gözəl şeylər istəyirəm, amma sevgiyə gəldikdə, həmişə Allahdan ən yaxşısını diləyirəm”, - deyə məşhur aktrisa fikirlərini tamamlayıb.




Fidan Hacızadə

Sfera.az