Rusiya Mərkəzi Bankı ölkədəki iqtisadi dinamikanı nəzərə alaraq uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb. 




Sfera.az xəbər verir ki, bank rəhbərliyi siyasət faizini 50 baz bəndi azaldaraq 14,5%-ə endirib.




Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsinin başlamasından dərhal sonra tənzimləyici qurum kəskin addım ataraq faiz dərəcəsini 20%-ə qədər yüksəltmişdi. İndi isə bank mərhələli şəkildə yumşalma siyasətinə davam edir.


 


Mərkəzi Bankın rəsmi açıqlamasında bildirilir ki, daxili tələb dinamikası mal və xidmət təklifinin genişləndirilməsi imkanlarına yaxınlaşıb. Lakin buna baxmayaraq, inflyasiya göstəricilərində hələlik ciddi bir azalma müşahidə olunmur. Hazırda illik inflyasiyanın 4-5% aralığında qaldığı, xarici amillər və fiskal siyasətlə bağlı qeyri-müəyyənliklərin davam etdiyi vurğulanır.


 


Bəsti Rəfizadə

Sfera.az