İranla münaqişənin başlanğıcından bəri ABŞ 1200-dən çox “Patriot” raketindən istifadə edib ki, bu da 2025-ci ildə istehsal edilən rəqəmdən iki dəfə çoxdur.
Sfera.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti öz hesablamalarına əsasən məlumat yayıb. Qəzetin məlumatına görə, tək bir raketin qiyməti təxminən 4 milyon dollardır. 2025-ci ildə cəmi 600 ədəd istehsal olunub. Bundan əlavə, ABŞ İrandakı hədəflərə 1000-dən çox “Tomahawk” raketi atıb.
Tək bir raketin qiyməti 3,6 milyon dollar olaraq qiymətləndirilir. “The New York Times” qəzeti qeyd edib ki, bu sursatların yüksək istehlakı ABŞ-ni onları Asiya və Avropadakı bazalarından çıxarmağa məcbur edir və onların ehtiyatları artıq narahatedici dərəcədə aşağı səviyyədədir.
Firuzə Əliyeva
Sfera.az