"Mançester Yunayted"in müdafiəçisi Matthijs de Liqt noyabr ayından sonra ilk dəfə Karrinqton məşq bazasında ot örtüyü üzərində çalışmalara başlayıb.


 


Sfera.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, futbolçu reabilitasiya prosesini uğurla davam etdirir və artıq fərdi məşqlərə start verib.


 


Bu, onun sağalma yolunda mühüm irəliləyiş kimi qiymətləndirilir.




Bununla belə, 26 yaşlı müdafiəçinin əsas heyətə nə vaxt qayıdacağı hələlik açıqlanmayıb. Buna baxmayaraq, oyunçunun fiziki durumunda nəzərəçarpacaq inkişafın olduğu bildirilir.


 


Niyaz Hacıyev 

Sfera.az