Aprelin 23-ü gecə saat 02 radələrində Nizami rayonu Rüstəm Rüstəmov küçəsindəki parkda meyiti tapılan şəxsin kimliyi məlum olub.


 


Sfera.az xəbər verir ki, ölən şəxsin İsmayıllı rayon sakini 1969-cu il təvəllüdlü Qalib Vahidov olması müəyyənləşib.


 


Onun evsiz olduğu və parkda xəstəlik səbəbindən öldüyü bildirilib.


 


Faktla bağlı araşdırma aparılır.