Makron ABŞ-ni artıq tam etibarlı tərəfdaş kimi görmədiyini açıq şəkildə bəyan edib.


 


Sfera.az bildirir ki, Yunanıstanın paytaxtı Afina şəhərində "Kathimerini" qəzeti tərəfindən təşkil edilən müzakirələr zamanı çıxış edən Fransa lideri Vaşinqtonun qlobal mövqeyinə toxunub:




“Hər kəs görür ki, bir nömrəli güc olan ABŞ müəyyən ölkələr üçün müttəfiq ola bilər, lakin bu müttəfiqliyin taleyi o qədər də dəqiq deyil".




Prezidentin sözlərinə görə, hazırda beynəlxalq arenada heç kim bu müttəfiqin etibarlılığına tam əmin ola bilmir.




Qeyd edək ki, Makron daha əvvəl Lefkoşada (Nikosiya) tələbələrlə görüşü zamanı da bənzər xəbərdarlıqla çıxış etmişdi. O, ABŞ-nin uzunmüddətli perspektivdə Avropanın müdafiəsindən əl çəkəcəyini və qitəni taleyin ümidinə buraxacağını vurğulayıb.




Bəsti Rəfizadə

Sfera.az