İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan, Rusiya və Ummanı əhatə edən regional turu çərçivəsində İslamabadda mühüm görüşlər keçirib.




Sfera.az xəbər verir ki, dünən gecə saatlarında İslamabada çatan Abbas Əraqçinın pakistanlı rəsmilərlə ikitərəfli məsləhətləşmələr aparacağı, xüsusilə regiondakı mövcud vəziyyəti və ABŞ-İsrail tandeminin İrana qarşı yönəlmiş hərbi gərginliyi fonunda son durumu müzakirə edəcəyi bildirilib.




İran Xarici İşlər Nazirliyinin rəsmi "Telegram" kanalının yaydığı məlumata görə, Araqçı və general Munir arasında baş tutan görüşdə regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə naziri XİN müavini Kazım Qəribabadi, mətbuat katibi İsmayıl Bəqayi və İranın İslamabaddakı səfiri Rza Əmiri Müqəddəm müşayiət edib.




Görüşün detalları barədə hələlik rəsmi açıqlama verilməsə də, XİN sözçüsü İsmayıl Bəqayi daha əvvəl bildirmişdi ki, Araqçının Pakistan, Umman və Rusiyaya səfərlərində əsas diqqət mərkəzi “ABŞ və İsrail tərəfindən İrana tətbiq edilən müharibənin dayandırılması" üçün diplomatik səylərin qiymətləndirilməsi olacaq.

 


Qeyd edək ki, İranın baş diplomatının region ölkələri ilə bu intensiv təmasları Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı bir vaxtda xüsusi əhəmiyyət kəsb edir.




Bəsti Rəfizadə

Sfera.az