Bu ilin yanvar–mart aylarında taksi xidmətlərindən 19 milyon 488 min sərnişin istifadə edib.
Sfera.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5% çoxdur.
Həmin dövrdə ictimai nəqliyyatda da sərnişin axınında artım qeydə alınıb. Belə ki, cari ilin I rübündə avtobuslardan 432 milyon 39,9 min, metrodan isə 53 milyon 508,3 min sərnişin istifadə edib ki, bu göstəricilər də illik müqayisədə müvafiq olaraq 8,6% və 1,3% artıb.
Eyni zamanda, hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 5,5% artaraq 912,6 min nəfərə, dəmiryolu nəqliyyatı üzrə isə 23,8% artaraq 2 milyon 568,7 min nəfərə çatıb.