ABŞ İranla əlaqələri səbəbindən 344 milyon dollarlıq kriptovalyuta aktivlərini dondurub.


 


Sfera.az xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Besant bildirib.


 


“İqtisadi böhran qarşısında ABŞ Maliyyə Nazirliyi Tehranın vəsait yaratmaq, hərəkət etdirmək və geri qaytarmaq qabiliyyətini sistematik şəkildə azaltmağa davam edəcək. Tehranın ölkədən çıxarmağa çalışdığı pulları izləyəcək və rejimlə əlaqəli bütün maliyyə kanallarını hədəf alacağıq", - Besant "X" sosial şəbəkəsində yazıb.


 


Firuzə Əliyeva

Sfera.az