İran Müdafiə Nazirliyi ölkənin hərbi potensialı ilə bağlı diqqətçəkən bəyanat yayıb.




Sfera.az xəbər verir ki, nazirliyin sözçüsü Rza Təlayi ABŞ və İsrail tərəfindən həyata keçirildiyi hücumların uğursuzluqla nəticələndiyini bildirib.


 


O, qeyd edib ki, bu cəhdlər İranın hərbi potensialını zəiflətmək məqsədi daşısa da, qarşı tərəf istəyinə nail ola bilməyib.




İranın uzun illərdir müdafiə sənayesinə ciddi investisiyalar yatırdığını vurğulayan Təlayi, hazırda ölkə daxilində yerli imkanlarla 1000-dən çox silah sisteminin istehsal olunduğunu diqqətə çatdırıb. Nazirlik rəsmisi müharibə şəraitinə və təzyiqlərə baxmayaraq, istehsal prosesinin fasiləsiz davam etdiyini vurğulayıb.




Rza Təlayinin işlətdiyi “Raket gücümüzün mühüm hissəsi hələ istifadə olunmayıb” ifadəsi beynəlxalq analitiklər tərəfindən Tehranın hərbi arsenalını qoruyub saxlaması və lazım gələrsə, daha kəskin cavab verə biləcəyi mesajı kimi qiymətləndirilib.




Sözçü həmçinin əlavə edib ki, İranın həm müdafiə, həm də hücum qabiliyyəti zəifləməyib, əksinə, mövcud təcrübələr fonunda daha da güclənib.




Bəsti Rəfizadə

Sfera.az