"Telegram"ın qurucusu Pavel Durov Fransa vergi məmurlarını kriptovalyuta sahiblərinin məlumatlarını cinayətkarlara satmaqda ittiham edib.
Sfera.az xəbər verir ki, onun sözlərinə görə, 2026-cı ilin ilk 3,5 ayında Fransada 41 kriptovalyuta sahibi qaçırılıb.
"Niyə? Çünki Fransa vergi məmurları kriptovalyuta sahiblərinin məlumatlarını cinayətkarlara satırlar. Çoxlu məlumat çoxlu sızma və çoxlu qurban deməkdir. Buna görə də "Telegram" korrupsioner məmurlara şəxsi mesajlara çıxış verməkdənsə, Fransa bazarını tərk etməyi üstün tutar", - deyə Durov qeyd edib.
Firuzə Əliyeva
Sfera.az