İranın xarici işlər naziri Abbas Araqçı rəsmi Tehranın danışıqlarla bağlı tələblərini Pakistan rəsmilərinə təqdim edib.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi yayıb. Məlumata görə, İslamabada səfər edən Əraqçı Tehranın müzakirə şərtlərini və ABŞ-nin tələbləri ilə bağlı fikirlərini qarşı tərəfə çatdırıb.
Görüşlərdə iştirak edən Pakistan rəsmisi bildirib ki, bu təmaslar tərəflər arasındakı dolaylı diplomatiya prosesinin mühüm hissəsidir. İran hazırkı mərhələdə ABŞ ilə birbaşa dialoqa girmək əvəzinə, öz mövqeyini Pakistan vasitəsilə bildirməyə üstünlük verir.
Ekspertlər Abbas Əraqçının bu səfərini dayandırılmış müzakirələrin yenidən canlanması üçün kritik addım kimi qiymətləndirirlər. Pakistanın Vaşinqton və Tehran arasında vasitəçilik rolunu üzərinə götürməsinə baxmayaraq, tərəflər arasındakı kəskin fikir ayrılıqları prosesin önündəki ən böyük maneə olaraq qalır.
Qeyd edək ki, rəsmi İslamabad hər iki tərəflə balanslı münasibətləri qoruyaraq regionda gərginliyin azaldılmasına çalışır.
Bəsti Rəfizadə
Sfera.az