ABŞ Prezidenti Donald Tramp məşhur jurnalist Kendis Ouensi "İlin iyrənc adamı" elan edib.


 


Sfera.az xəbər verir ki, o bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.


 


"Kendis Ouensin heç vaxt yüksək səviyyədə olmayan səhmləri kəskin şəkildə aşağı düşüb. Onun Fransanın birinci xanımına hücumları iyrəncdir. Mən inanıram ki, bu halda, təsdiqlənmədən, onun IQ-su olduqca aşağıdır", - ABŞ prezidenti yazıb.


 


O, həmçinin Ouensin "Time" jurnalının üz qabığı stilində şəklini "İlin iyrənc adamı", "Varlı ağdərili kişilərdən sui-istifadə", "Bütün etibarlı fakt yoxlama saytlarında 0" və "cinsi cinayətkarları müdafiə etmək" başlıqları ilə paylaşıb.


 


Qeyd edək ki, Ouens əvvəllər Fransa prezidentinin həyat yoldaşı Bricit Makron haqqında mübahisəli iddialar irəli sürmüşdü. Xüsusilə, Ouens Bricitin əslində kişi olduğu və cinsiyyətini dəyişdirmə əməliyyatı keçirdiyi barədə nəzəriyyələr irəli sürmüşdü. Bu nəzəriyyələr təkzib edilmiş və hüquqi araşdırma mövzusuna çevrilmişdir.


 


Firuzə Əliyeva

Sfera.az