Göygöldə 62 yaşlı qadın dəm qazından boğularaq ölüb.


 


Sfera.az xəbər verir ki, hadisə rayonun Bəhrəmbağı qəsəbəsində qeydə alınıb.


 


Belə ki, evində tək yaşayan qəsəbə sakini, 1964-cü il təvəllüdlü İradə Allahverdiyeva hamam otağında dəm qazından boğularaq ölüb.


 


Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.