İbrahim Tatlısesin qızı Gülşen Tatlıses sosial şəbəkədə etdiyi yeni paylaşımı ilə gündəmə gəlib.


 


Sfera.az xəbər verir ki, o, şəxsi hesabında “Həyatın məşğuliyyətləri içində mənə yer ayıra bilən insanları sevirəm. Onsuz da hamımız məşğuluq” sözlərini yazaraq diqqət çəkib.


 


Paylaşım qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirə olunub. İzləyicilər bu sözlərin konkret bir şəxsə ünvanlandığını düşünərək müxtəlif şərhlər yazıblar.


 


Bir çox istifadəçi Gülşen Tatlısesin sözlərinin gizli mesaj daşıdığını iddia etsə də paylaşımın konkret kimə ünvanlandığı barədə rəsmi açıqlama verilməyib.


 


Xatırladaq ki, son dövrlərdə İbrahim Tatlısesin ailəsi sosial media paylaşımları ilə tez-tez gündəmə gəlir. Bu dəfə də Gülşen Tatlısesin sözləri diqqət mərkəzinə düşüb.


 


Belə ki, İbrahim Tatlıses ailəsi yenidən sosial medianın ən çox danışılan mövzularından birinə çevrilib.


 


 


Mənsumə




Sfera.az