ABŞ Ədliyyə Nazirliyi federal səviyyədə edam cəzalarının icrasında yeni qaydalar tətbiq edib. Buna əsasən, bəzi hallarda kurşuna dizmə və tək dozalı zəhərli iynə (pentobarbital) üsuluna icazə veriləcək.


 


Sfera.az xəbər verir ki, qərar federal edam protokollarının “gücləndirilməsi” çərçivəsində qəbul edilib. Rəsmilər bildirir ki, bu dəyişikliklər ölüm cəzasının icrasını daha “effektiv” etmək məqsədi daşıyır.


 


İnsan hüquqları təşkilatları isə bu addımı tənqid edərək edam üsullarının sərtləşdirilməsinin ciddi etik mübahisələr doğurduğunu qeyd edirlər.


 


Hazırda ABŞ-ın 5 ştatında – Aydaho, Missisipi, Oklahama, Cənubi Karolina və Yutada kurşuna dizmə üsulu qanunidir. Federal sistemdə isə hazırda edam gözləyən bir neçə məhbus saxlanılır.


 


 


Mənsumə




Sfera.az