2026-cı ilin aprel ayında “W Magazine” jurnalının üz qabığı üçün qızı ilə etdiyi pozalarla həm moda dünyasını, həm də sosial medianı silkələyən Rihanna indi tamamilə fərqli bir səbəbdən diqqət mərkəzindədir. Günlərlə kiçik qızına bənzərliyi haqqında danışılan ulduz indi öz alt paltarı brendi üçün kamera qarşısına poza verib. 




Sfera.az bildirir ki, cəsarətli stilini bir daha nümayiş etdirən Rihannanın cəsarətli pozaları qısa müddətdə sosial mediada trend mövzusuna çevrilib.


 


Musiqi, stili və biznes hərəkətləri ilə hər addımı sensasiya yaradan Rihanna son zamanlar analığı ilə diqqət mərkəzindədir.


 


Rihannanın 2026-cı ilin aprel ayında “W Magazine” jurnalının üz qabığı üçün qızı Rokki İrlandiya Mayers ilə çəkdirdiyi şəkillər həm moda dünyasında, həm də sosial mediada böyük ajiotaj yaradıb.


 


Sosial media istifadəçiləri Rokkinin üz cizgilərinin, xüsusən də baxışlarının və dodaq quruluşunun Rihannanın körpəlik şəkilləri ilə oxşarlığını qeyd ediblər.


 


Rihanna indi öz “Savage X Fenty” alt paltarı brendinin yeni "Monamour" kolleksiyası üçün çəkdirdiyi şəkillərlə manşetlərə çıxıb.


 


Öz markası “Savage X Fenty” ilə moda sənayesində əhəmiyyətli uğurlar qazanan Rihanna, bəzən özünün kampaniya çəkilişlərində iştirak edərək varlığını göstərməyə də diqqət yetirir.


 


Rihanna sonuncu kampaniya fotosessiyası üçün poza verib və qırmızı çalarların üstünlük təşkil etdiyi çox cəsarətli alt paltarı geyinib.


 









 


 


Aynil


Sfera.az